“Azəriqaz” istehlakçılarına çağırış edir

28 May 2022 08:04 (UTC+04:00)

2021-ci ildən fəaliyyət göstərən “Azəriqaz” İstehsalat Birliyinin işçi qrupu “Bakı 2010” MTK-nın 11 ildir ki, qeyri-qanuni təbii qazdan istifadə etdiyini aşkarlayıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı” aksiyasında deyib. Qurum rəsmisi qeyd edib ki, təbii qazdan qeyri-qanuni qoşulmaya görə, Birliyə külli miqdarda zərər dəyib: “Adıçəkilən MTK əvvəlcə təbii qazdan imtina ilə bağlı müraciət edib. Bundan sonra MTK bina sakinlərini müxtəlif formada qazla təmin edib. Binada ümumi olaraq 62 mənzil var ki, neçə mənzilin qeyri-qanuni qoşulmadan istifadə edib-etmədiyi araşdırılır. Araşdırma zamanı MTK-nın səlahiyyətli şəxsləri qeyri-qanuni qoşulma faktını təsdiqləyib. Hazırda dəymiş zərər hesablanır", - deyə şöbə rəisi qeyd edib.

Eldəniz Vəliyev, həmçinin bütün istehlakçılara səslənərək hər bir kəsi dövlət əmlakına ziyan vurmaqdan, qaz təsərrüfatına qeyri-qanuni, kənar müdaxilə hallarından uzaq durmağa çağırıb.