Şimali Qafqaza gələn ukraynalıların sayı...

28 May 2022 07:39 (UTC+04:00)

Şimali Qafqaz Federal Dairəsinin regionları “Donetsk, Luqansk Xalq Respublikaları” və Ukraynadan 4,7 minə yaxın qaçqını qəbul edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə rayondakı səfirliyin mətbuat xidməti məlumat yayıb.

“Bu günə qədər Şimali Qafqaz Federal Dairəsinin ərazisinə 4,7 minə yaxın insan, o cümlədən 1,5 min uşaq gəlib. Gələnlərdən 940-dan çox qaçqın müvəqqəti məskunlaşma mərkəzlərində, qalan vətəndaşlar isə qohumları və dostlarının yanında yerləşdirilib”. Bu da mətbuat xidmətinin məlumatındandır.

Verilən xəbərdə sosial-psixoloji xidmət əməkdaşlarının hər bir qaçqınla işlədiyi, onlara sosial-hüquqi dəstək göstərdikləri, yeni şəraitə uyğunlaşmağa və yaşanan stressin öhdəsindən gəlməyə kömək etdikləri bildirilir.

Ağasəf Babayev