Mənşəyi məlum olmayan uşaq xəstəlikləri

28 May 2022 07:17 (UTC+04:00)

Ümumdünya Səhiyyə Təşkilatının 2022-ci il mayın 20-nə olan məlumata görə, dünyanın 33 ölkəsində uşaqlarda mənşəyi məlum olmayan 566 hepatit hadisəsi qeydə alınıb.

SİA bu barədə rus saytlarına istinad edir.

Təşkilatın məlumatına görə, ən çox yoluxma Böyük Britaniya (197) və ABŞ-da (180) qeydə alınıb.

Rospotrebnadzorun son məlumatlarına görə, Rusiyada mənşəyi məlum olmayan kəskin hepatit halları müəyyən edilməyib.

Mayın əvvəlində CNBC Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinə istinadən bildirib ki, amerikalı həkimlər uşaqlarda mənşəyi naməlum kəskin hepatitin 109 hadisəsini müəyyən ediblər.

Bundan əvvəl məlum olub ki, Portuqaliyada mənşəyi naməlum hepatitə şübhəli dörd hal aşkarlanıb.

Nazlı Almuradova