"Çin Əfqanıstandakı Baqram hava bazasını ələ keçirmək istəyir"?

28 May 2022 06:48 (UTC+04:00)

Çin Əfqanıstandakı Baqram aviabazasını, tezliklə ələ keçirəcək.

SİA APA-ya istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.

Onun sözlərinə görə bu hadisə tezlliklə baş verə bilər.

"Biz kontingenti 2000 əsgərə qədər azaltdıq, lakin mən Baqramı (Əfqanıstanın şərqindəki hava bazası) saxlamaq niyyətində idim. Bu, böyük hava bazasıdır, biz ona milyardlarla dollar sərmayə qoymuşuq. Biz onu Əfqanıstan üçün saxlamadıq. Fikirləşin, biz milyardlarla dollar sərmayə qoymuşuq və indi onu (baza) çox yaxında Çin ələ keçirəcək”.- deyə Tramp bildirib.