Rusiyaya qarşı neft embarqosu müzakirə edilib

28 May 2022 04:18 (UTC+04:00)

Böyük Britaniyanın Baş naziri Boris Conson Macarıstan hökumətinin başçısı Viktor Orbanla Rusiyaya qarşı neft embarqosunun tətbiqini müzakirə edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Böyük Britaniya baş nazirinin ofisinin yaydığı bəyanatda deyilir.

Conson danışıq zamanı Rusiyaya maksimum iqtisadi təzyiq göstərməyə davam etmək ehtiyacını vurğulayıb.

Onun sözlərinə görə, Avropada enerji təhlükəsizliyi və daxili sabitliyin təmin edilməsi həyati əhəmiyyət kəsb edir.