‘‘Rusiya Donetsk və Luqanska tam nəzarət etməyə çalışır”

28 May 2022 03:02 (UTC+04:00)

Rusiya ordusu ölkənin şərqindəki Donetsk və Luqansk vilayətlərinə nəzarəti əldə saxlamağa çalışır.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Baş Qərargahının açıqlamasında bildirilib.

Ukrayna Baş Qərargahının Əməliyyat İdarəsinin rəis müavini Aleksey Qromov Luqansk vilayətində vəziyyətin ağır olduğunu bəyan edәrәk deyib: “Ancaq biz vəziyyəti dəyişmək üçün bütün gücümüzlə çalışırıq”.

Rus ordusunun havadan və qurudan hücumlar təşkil etdiyini deyən Qromov qələbə üçün əllərindən gələni etdiklərini vurğulayıb.

Qromov deyib:"Tərəfdaş ölkələr tərəfindən müasir silahların tədarükü bizim qələbəmizi sürətləndirəcək".