ABŞ Misirə helikopter satışını təsdiqləyib

28 May 2022 01:36 (UTC+04:00)

ABŞ Misirə 2,6 milyard dollar dəyərində "CH-47F Chinook" ağır nəqliyyat helikopterinin satışını təsdiqləyib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyindən verilən yazılı açıqlamada "Dövlət Departamenti 2,6 milyard dollar dəyərində "CH-47F" tipli helikopter və müvafiq avadanlıqların Misirə satışına razılıq verib" deyilib.

Satışın təsdiqi ilə bağlı Konqresə bildiriş göndərildiyi bildirilən açıqlamad, satış paketinə 23 "Chinook" helikopteri, 56 ehtiyat mühərrik və onlara dəstək verən avadanlıqların daxil olduğu qeyd edilib.

Agentliyin verdiyi iki əlavə açıqlamada isə təxmini dəyəri 385 milyon dollar olan 20 "HMARS" raket sisteminin satışının, Hollandiyaya isə 117 milyon dollar "AIM-9X Blok II" raketinin və müvafiq avadanlıqların satışının təsdiqləndiyi qeyd edilib.