Burkina-Fasoda silahlı hücum...

28 May 2022 01:27 (UTC+04:00)

TRT bildirir ki, bu barədə Rayon qubernatoru Hubert Yameoqo məlumat yayıb: “Mayın 25-də naməlum şəxslər Kompienqa əyalətinin Madjoari məntəqəsində mülki şəxslərə hücum təşkil ediblər. Hadisədə 50 mülki vətəndaş həyatını itirib”.

SİA-nın əldə etdiyi məlumata görə, ölənlərin ailələrinə başsağlığı verən Yameoqo hadisədən sonra bölgədə lazımi təhlükəsizlik tədbirlərinin görüldüyünü vurğulayıb.

Bildirilir ki, hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb.

Xatırladaq ki, eyni bölgədə mayın 14-də terror təşkilatı Boko Haram üzvlərinin hücumu nəticəsində 14 mülki vətəndaş həyatını itirib.

Hökumətin müvafiq orqanlarının hesabatına görə 2015-ci ildən bəri hücumlarda 600-ü təhlükəsizlik qüvvələri olmaqla 2 min adam ölüb.