Putin bunun xəbərdarlığını etmişdi..?

28 May 2022 01:08 (UTC+04:00)

Moskvanın Xamovniki Məhkəməsi cümə günü “Summa” qrupunun sahibi Ziyavudin Maqomedov və onun qardaşı

Maqomed Maqomedovun 750 milyon dollarını dövlət xeyrinə müsadirə edib

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS-a vəkil Mixail Oşerov məlumat verib.

“Məhkəmə prokurorluğun Ziyavudin və Maqomed Maqomedov qardaşlarının pullarının üzərinə həbs qoyulması ilə bağlı iddiasını təmin edib”, - deməli bunu vəkil bildirib.

Qeyd edək ki, işə bir gündə baxılıb. Məhkəmə iclası 12 saata yaxın davam edib. Qərar hələ qüvvəyə minməyib deyə, ondan apellyasiya instansiyasına şikayət verilə bilər.

Beləliklə, Ziyavudin və Maqomed Maqomedov qardaşları dövlət müqavilələrinin icrası zamanı mənimsəmə işi üzrə təqsirləndirilən şəxslərdir. Məhkəmə əvvəllər müttəhimlərin bank hesablarındakı vəsaitlər, daşınmaz əmlak, ölkənin ən böyük nəqliyyat və logistika qruplarından biri olan “Fesco” və digər şirkətlərin aktivləri də daxil olmaqla ümumilikdə təxminən 2 milyard dollarlıq əmlakına həbs qoyub.

Prokurorluq iddia ərizəsində təqsirləndirilən şəxslərdən idarənin mövqeyinə görə qanunsuz olaraq əldə edilmiş 750 milyon dolların dövlət xeyrinə ödənilməsini tələb edir.

Xamovniki Məhkəməsindəki iddia ilə eyni vaxtda Moskvanın Meşçanski Məhkəməsi Maqomedov qardaşlarına qarşı cinayət işinə mahiyyəti üzrə baxır. Məhkəmə hazırda müdafiə tərəfinin sübutlarını tədqiq etmək mərhələsindədir.

Yeri gəlmişkən xatırladaq ki, rusiyalı iqtisadçı, menecer və sahibkar kimi tanınan Ziyavudin Hacıyeviç Maqomedov Mahacqalada doğulub. Milliyyətcə avardır.

“Summa şirkətlər qrupunun sahibi və İdarə Heyətinin sədri idi. Bəli, dünənə qədər... Bundan əlavə o, “FESCO”, “Globalelectroservice”, “INTEKS” “Stroynovatsiya” şirkətlərində də paya sahib olub.

P.S, ...gərək ki, yadınızda olmalıdır, dünən Avrasiya İqtisadi Forumunda çıxış edən prezident Putin bu gün ölkədəki sanksiyalara baxmayaraq, rusların nə vaxtsa dəbdəbəli mallara çıxışının olacağını və yaxşı yaşayacaqlarını bildirmişdi. Amma deyim ki, Putin Rusiyanın buna hansı yolla nail olacağını deməmişdi.

...İndi aydın olur, amma deyim ki, 750 milyon dollar elə də az vəsait deyil ha....

Ağasəf Babayev