Klopp: "Bu, mənim vecimə də deyil"

28 May 2022 00:49 (UTC+04:00)

"Liverpul"un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının finalında "Real"la keçirəcəkləri matç barədə danışıb.

SİA Qol.az-a istinadən xəbər verir ki, mütəxəssis qarşılaşmadan öncə təşkil olunan mətbuat konfransında deyib:

“Klubların tarixinə nəzər salsanız, “Real”ın necə geri dönüşlər etdiyini görərsiniz. Amma istəyirəm ki, belə şeylərdə eyni səviyyədə olaq. Finalda özümüz kimi olmaq, öz futbolumuzu oynamaq niyyətindəyik. Matçın favoritinin kim olduğunu bilmirəm. Bu, heç mənim vecimə də deyil".

Qeyd edək ki, Çempionlar Liqasının finalı mayın 28-də Parisdəki "Stade de Frans" stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.