Rusiya Qara dənizə təhlükəsiz çıxış üçün dəhlizi uzadıb

28 May 2022 00:15 (UTC+04:00)

Rusiya Müdafiə Nazirliyinin Milli Müdafiəyə Nəzarət Mərkəzinin rəhbəri Mixail Mizintsev bəyan edib ki, Rusiya Silahlı Qüvvələrinin Ukrayna limanlarından xarici mülki gəmilərin çıxması üçün gündəlik açılan humanitar dəhliz 139 milə qədər uzadılıb.

SİA-nın əldə etdiyi məlumata görə, Mixail Mizintsev bəyan edib ki, Rusiya Silahlı Qüvvələri Odessa, Mykolaiv, Chernomorsk, Xerson, Ochakov və Yujnı limanlarından xarici gəmilərin açıq dənizə təhlükəsiz çıxışını təmin etmək üçün martın 27-dən Qara dənizdə fəaliyyət göstərən humanitar yardım dəhlizinin marşrutunda düzəlişlər edib.

Mayın 27-dən 3 mil genişlikdə olan dəniz humanitar dəhlizinin marşrutunun 139 milə qədər artırıldığını qeyd edən Mizintsev dəhlizin hər gün Moskva vaxtı ilə saat 08:00-dan 19:00-a kimi açıq olacağını qeyd edib.

Gəmilərin bir araya gəlmə və hərəkət etmə sahələrinin koordinatlarını bölüşən Mixail Mizintsev bəyan edib ki, Ukrayna tərəfi gəmilərin limanlardan yola düşməsindən toplanış sahəsinə qədər təhlükəsizliyinə cavabdehdir.

Rusiya Müdafiə Nazirliyi dünən Moskva vaxtı ilə saat 08:00-dan 19:00-dək Qara dənizdə 80 mil uzunluğunda və 3 mil enində Ukrayna sahili sularından Xerson, Mixolayiv, Çernomorsk, Oçakov, Odessa və Yujnıy limanlarından xarici yük gəmilərinin çıxışı üçün humanitar yardım dəhlizi açıldığını bildirmişdi.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova minadan təmizləndikdən sonra 5 xarici yük gəmisinin Mariupol limanını tərk etdiyini açıqlamışdı