Prezident Ərdoğan Azərbaycana gəlir

27 May 2022 23:42 (UTC+04:00)

Prezident Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Dövlət başçısı Türkiyə xaricində ilk dəfə Bakıda təşkil edilən “TEKNOFEST Azərbaycan” festivalına qatılacaq.

Səfər bir gün davam edəcək.