Suriyada mümkün yeni hәrbi әmәliyyat

27 May 2022 23:27 (UTC+04:00)

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan verdiyi son açıqlamada Suriyanın şimalında yeni mümkün hәrbi әmәliyyatların hәyata keçirilә bilәcәyinә dair siqnal verib.

Rәcәb Tayyib Әrdoğan bölgәdәn Türkiyәyә qarşı terror tәhdidlәrinin davam etdiyini vә bütün sәrhәd xәtti boyu 32 kilometr uzunluğunda tәhlükәsiz bölgәnin yaradılması üçün terror tәşkilatı PKK/YPG-ni hәdәf alacaq yeni hәrbi әmәliyyatların keçirilә bilәcәyini bildirib. Ukrayna müharibәsinin sәbәb olduğu yeni geosiyasi vәziyyәt Türkiyәnin terrorla mübarizәsi baxımından yeni imkanlar yaradıb.

Türkiyә Suriyadan mәnbәlәnәn vә milli tәhlükәsizliyә tәhdid tәşkil edәn terror tәhlükәsinә qarşı hәrbi әmәliyyatlar hәyata keçirib. Türkiyә ilk әmәliyyata 2016-cı ildә start verib. ‘‘Fәrat qalxanı’’ әmәliyyatı zamanı terror tәşkilatı DEAŞ vә PKK hәdәf alınıb. Türkiyә daha sonra Afrindә ‘‘Zeytun budağı’’ vә Fәrat çayının şәrqindә ‘‘Sülh çeşmәsi’’ әmәliyyatlarını hәyata keçirib.

Bu əməliyyatlarla terror təşkilatı PKK/YPG-nin Aralıq dənizinə çatmaq və terror dövləti qurmaq cəhdləri aradan qaldırılsa da, təşkilat Suriyadakı mövcudluğunu hələ də davam etdirir.

Terror tәşkilatı xüsusilə Fərat çayının qərbindəki Tel Rifat və Minbiç bölgәlәrindә Rusiya və Əsəd rejiminin, Fәrat çayının şәrqindә isә ABŞ-ın himayәsi altında fәaliyyәt göstәrir.

Terror tәşkilatı PKK/YPG ‘‘Şimali və Şərqi Suriya Muxtar İdarəsi” adı altında muxtar ərazi yardmaq vә ABŞ ilә bәzi qәrb ölkәlәrinin dәstәyi ilә muxtar idarә qurmaqla bağlı sәylәr göstәrir. Ancaq Türkiyәnin buna icazә vermәyә niyyәti yoxdur. Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan verdiyi son açıqlamada Suriyanın şimalında yeni mümkün hәrbi әmәliyyatların hәyata keçirilә bilәcәyinә dair siqnal verib.

Әrdoğan bölgәdәn Türkiyәyә qarşı terror tәhdidlәrinin davam etdiyini vә bütün sәrhәd xәtti boyu 32 kilometr uzunluğunda tәhlükәsiz bölgәnin yaradılması üçün terror tәşkilatı PKK/YPG-ni hәdәf alacaq yeni hәrbi әmәliyyatların keçirilә bilәcәyini bildirdi.Ukrayna müharibәsinin sәbәb olduğu yeni geosiyasi vәziyyәt Türkiyәnin terrorla mübarizәsinә baxımından yeni imkanlar yaradıb.

Xüsusilә Rusiyanın Suriyadan hərbi qüvvələrini tədricən də olsa, çəkməsi və ABŞ-ın Ukrayna müharibəsinə xüsusi diqqәt yetirmәsi Türkiyənin manevr imkanlarını genişləndirir.

Lazımi logistik hazırlıqlar görüldükdən sonra Türkiyə Silahlı Qüvvələrinin təlim keçdiyi Suriya Milli Ordusu ilə birlikdə yuxarıda qeyd olunan bölgələrdә hәrbi әmәliyyat hәyata keçirmәsi artıq zaman məsələsidir.