Finlandiya Ukraynaya qarşıdır..?

27 May 2022 23:19 (UTC+04:00)

Finlandiyanın baş naziri Sanna Marin Ukraynanın dərhal Avropa Birliyinə daxil olmasına qarşı çıxıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, bu barədə “Yle” agentliyinə müsahibəsində danışıb.

Beləliklə baş mazir qeyd edib ki, Ukrayna Avropa Birliyinə daxil olmaq prosesində istisnalara yol verməməlidir. O, bütün meyarların yerinə yetirilməli olduğunu vurğulayıb. Bununla yanaşı, baş nazir Ukraynanın birliyə üzvlüyünə namizəd statusunun verilə biləcəyini desə də, ölkənin deyək ki, günü sabah birliyə üzv olmayacağını da əlavə edib.

Qeyd edilməlidir ki, finlandiyalı baş nazir bunu birliyə üzvlüklə bağlı tələb olunan işlə əlaqələndirib.

Xatırladaq ki, bir müddət bundan əvvəl Polşa prezidentinin aparatının Beynəlxalq Siyasət Bürosunun rəhbəri Yakub Kumoç bir sıra Qərb ölkələrinin Ukraynanın Avropa Birlitinə üzv olmasına qarşı olduğunu bildirmişdi: “...Ukraynaya namizəd statusunun verilməsi, vurğulayıram ki, Avropa Birliyinəqəbul yox, yalnız namizəd statusu heç kimə sərf etmir. Avropanın ən zəngin ölkələrinin Ukraynadan qorxmağa heç bir əsası yoxdur. Niyə Polşa Ukraynadan qorxmur, amma Polşadan qat-qat zəngin olan ölkələrdən qorxmalıdır?”.

Bunlar Yakub Kumoçun fikirləridir.

Ağasəf Babayev