“TEKNOFEST AZƏRBAYCAN” festivalı ölkəmizdə ilk dəfə keçirilir. Amma buna baxmayaraq Azərbaycan bu festivala tam və yüksək səviyyədə hazırlanıb.
Bu festival Azərbaycan Türkiya qardaşlığının necə möhkəm təməllər üzərində qurulduğunun bariz nümunəsidir. Türkiyə Azərbaycanın haqq işini hər zaman dəstəkləyib 44 günlük Vətən müharibəsində daim ölkəmizin yanında olub.
“TEKNOFEST” Türkiyənin Sənaye və Texnologiya Nazirliyinin, eləcə də Selçuk Bayraktarın rəhbərlik etdiyi “Türkiye Teknoloji Takımı” (T3) Vəqfinin təşkilatçılığı ilə 2018-ci ildən etibarən hər il keçirilir. Bu gün “TEKNOFEST AZƏRBAYCAN” festivalının 2-ci günüdür. Festivalda müxtəlif uçuş aparatları, akınçı puaları, zirehli texnikalar və digər texnikalar sərgilənir.
Festivalın ikinci günü olmasına baxmayaraq ziyarətçilərin sayı-hesabı yoxdur. Böyükdən kiçiyə hər kəs bu festivala axın edir buradakı sərgi ilə tanış olmaq üçün növbəyə dayanırlar.
Qeyd edək ki, ümumilikdə 200 mindən çox ziyarətçinin (33 ölkədən 500-ə yaxın əcnəbi) iştirakı gözlənilir.
“TEKNOFEST-AZƏRBAYCAN” festivalı may ayının 29-na qədər ziyarətçilətin üzünə açıq olacaq.