Bu sadəcə istəkdən başqa bir şey deyil - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

27 May 2022 18:49 (UTC+04:00)

“Azərbaycanda yaxın zamanlarda referendumun keçirilməsi real deyil”. Bu sözləri SİA-ya açıqlamasında deputat Tahir Kərimli deyib.

Onun sözlərinə görə, hazırda Qarabağda quruculuq-bərpa işləri, Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı proses davam edir: “Təbii ki, dövlət rəhbərliyində inkar etmirlər ki, Konstitusiyaya dəyişiklik etmək mümkün deyil. Ancaq indiki zamanda referendumun keçirilməsi real deyil. Kimlərsə öz istəyinə uyğun olaraq referendumun keçirilməsini arzu edir. Bu sadəcə istəkdən başqa bir şey deyil. Referendumun keçirilməsi səlahiyyəti Prezidentə məxsusdur”.

Arzu Qurbanlı