Brüsseldə növbəti görüş ŞƏRH

27 May 2022 18:51 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin may ayının 22-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Sarl Mişelin iştirakı ilə Ermənistanın baş Naziri Nikol Paşinyanla növbəti görüşü Azərbaycanın cənubi Qafqazda sülh və sabitlik atmosferi yaratmaq istəyinin reallaşması istiqamətində irəliyə doğru daha bir addımdır. Hələ keçən il 14-15 dekabr tarixlərində Avropa İttifaqının Şərq tərəfdaşlığının VI Sammitində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə Azərbaycan və Ermənistan rəhbərləri arasında keçirilən görüşdə postmüharibə dövründə münasibətlərin normallaşması, sərhədlərin delmitasiyası və demarkasiya, nəqliyyat xətlərinin açılması istiqamətində aparılan danışıqlar ortaya yeni bir formatın təməlinin qoyulması ilə yadda qaldı. Bu danışıqlarda əldə edilən razılaşmalar Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində o qədər də müsbət irəliləyişə gətirib çıxarmadı.

Cari ilin aprel ayının 6-da Brüsseldə həmin formatda keçirilən ikinci görüş öz nəticəsi etibarı ilə daha yadda qalan olmuş, bir sıra müsbət irəliləyişlərin əldə edilməsi ilə nəticələnmişdir. Danışıqların davam etməsi üçün 5 təməl prinsipinin qəbul edilməsi istiqamətində Ermənistanın daxilindəki ziddiyətlər və qarşıdurmalar, həmçinin baş nazir Nikol Paşinyanın qətiyyətsiz mövqeyi nəticəsində əsaslı irəliləyiş baş verməmişdir. Sonuncu-üçüncü görüşün yekunları barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel mətbuata verdiyi açıqlamada qeyd etmişdir ki, növbəti görüşdə tərəflər bir sıra məsələlər barədə: minaların təmizlənməsi, əsir və girov götürülmüş, itkin düşmüş şəxslər barədə humanitar məsələlər barədə müzakirələr aparılmış, eyni zamanda sərhədlərin delmitasiyası, kommunikasiyalar və nəqliyyat daşımaları barədə, sülh müqaviləsinə dair müzakirələrin davam etdirilməsi və əhalinin davamlı sülhə hazırlanması barədə razılıq əldə edilmişdir. Avropa İttifaqı Şurasının bu danışıqlarda öz vasitəçilik missiyasını davam etdirəcəyini bildirmişdir.Bütün bunlar onu göstərir ki, Brüsseldəki sonuncu görüş müsbət meyllərin yaranması baxımından yeni irəliləyişlərə gətirib çıxaracaqdır.

Nazim Bünyatov

YAP Ağcabədi rayon təşkilatının əməkdaşı