"Onun mənə belə söz deməsi çox yanlışdır" - MƏŞHUR SİMA QƏZƏBLƏNDİ

27 May 2022 17:51 (UTC+04:00)

Məşhur türk sima Safiye Soyman bir müddət əvvəl verdiyi "aldatma" açıqlaması ilə diqqət çəkib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu bəzi sosial media istifadəçilərinin reaksiyasına səbəb olub.

Safiye Soymana reaksiya verənlər arasında İrem Derici də var. Safiye Soyman indi İrem Dericinin reaksiyasına cavab verib.

Safiye, “Əxlaqsızlığın etiketi var. Ən alçaq adam başını aşağı salıb evinə daxil olur. Təəssüf ki, İremin belə danışması məni təəccübləndirdi. Bir böyük bacı kimi onun mənə belə söz deməsi çox yanlışdır. İremdən bunu gözləmirdim. Mən onu həqiqətən sevirəm. Mən şəxsən ona heç nə demədim, niyə belə etdi?" deyib.

Ayşən Vəli