Yanğın təhlükəsizliyi ilə bağlı təlim keçirilib - FOTOLAR

27 May 2022 17:30 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin birgə təşkilatçılığı ilə yanğın təhlükəsizliyi tədbirləri ilə bağlı ETSN-in “Geodeziya və Kartoqrafiya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati binasında yanğın-taktiki təlim keçirilib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, təlimin keçirilməsində məqsəd kollektivə yanğın təhlükəsizliyinin, o cümlədən yanğın zamanı təxliyyə qaydalarının aşılanması olub.

Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə baş verə biləcək yanğın zamanı təxliyyəyə dair müvafiq maarifləndirici məlumatlar verilib, yanğının söndürülməsi üsulları və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları izah edilib.

Qeyd edək ki, təlimdə şərti yanğının baş verməsi təmin edilib və müvafiq yanğınsöndürmə qüvvələri “yanğını söndürüblər”.