"Bu iki ölkə bir-biri ilə kömək və məsləhətlə addım atırlar" - DEPUTAT ŞƏRH ETDİ

27 May 2022 17:25 (UTC+04:00)

“Bu gün Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı, durumu, potensialı və gələcəyi ən yüksək səviyyədədir. Mən inanmıram ki, dünyada bu qədər isti və yaxın münasibəti olan iki ölkə olsun”. Bu sözləri SİA-ya açıqlamasında deputat Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, bu iki ölkə bir-biri ilə kömək və məsləhətlə addım atırlar: “Onlar beynəlxalq miqyasda da biri-birini dəstəkləyir. Əsas məqam da elə budur”.

Ayşən Vəli