Coca-Cola və tərəfdaşları “Tullantısız Dünya” uğrunda - FOTOLAR

27 May 2022 17:20 (UTC+04:00)

Coca-Cola fəaliyyətdə olduğu bütün ölkələrdə “Tullantısız Dünya” proqramını həyata keçirir və bu proqrama əsasən şirkət öz tərəfdaşları ilə birgə plastik tullantıların azaldılması, toplanaraq təkrar emala göndərilməsinə xidmət edən layihələrə dəstək olur. SİA xəbər verir ki, Azərbaycanda da Coca-Cola öz tərəfdaşları ilə “Təmiz Ölkəm”, “Sahilyanı Təmizlik”, “Təmiz Sumqayıt” kimi layihələr həyata keçirməkdədir.

Bu dəfə isə “Tullantısız Dünya” proqramı çərçivəsində Bakıda yeni, tamamilə fərqli bir iş qurulub. Coca-Cola Azərbaycan, “ASAN Könüllüləri” Təşkilatı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ADA Universiteti Fondu, Pasha Malls və CinemaPlus şəbəkəsinin birgə əməkdaşlığı ilə “HORECA Collection” layihəsi artıq 5 aydır davam edir. Bakıda faəliyyət göstərən onlarla kafe və restoran, həmçinin Pasha Malls qrupuna daxil olan ticarət mərkəzlərindəki restoranlar və CinemaPlus kino zalları bu təşəbbüsü dəstəkləyərək müştərilərini ekoloji məsuliyyətli davranışa çağırır, istehlakçıları istifadə etdikləri qablaşdırma tullantılarını yerindəcə təkrar emala göndərməyə dəvət edir. Bu məqsədlə sözügedən yerlərdə çoxsaylı çeşidləmə qutuları yerləşdirilib.

Hələlik yalnız Bakıda həyata keçirilən layihədə şəhərin müxtəlif yerlərindən 50-dan çox tərəfdaş cəlb edilib. İlkin dövrlərdə restoranlarla icra olunan layihəyə, Bakının iri ticarət mərkəzlərindən biri olan Gənclik Mall, təhsil müəssisələrindən Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti və CinemaPlus kinoteatrlar şəbəkəsi də qoşulub. 5 ay ərzində ümumilikdə 5 ton plastik tullantı toplanıb.

Qeyd edək ki, bundan əvvəl Coca-Cola şirkəti, “ASAN Könüllüləri” Təşkilatı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi digər tərəfdaşlarla birgə ekoloji istiqamətli “Təmiz Ölkəm”, “ Təmiz Sumqayıt”, “Xəzəri Qoruyaq” kimi bir sıra layihələr icra edib və ümümilikdə 50 tondan çox tullantı təkrar emala qaytarılıb.