Yasamalda 28 May-Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib FOTOLAR

27 May 2022 17:13 (UTC+04:00)

YAP Yasamal rayon təşkilatının "Cəfər Cabbarlı küçəsi, 37" ünvanında (Vəli Axundov adına Milli Elmi - Tədqiqat Tibbi Profilaktika İnstitutu) yerləşən ərazi partiya təşkilatında 28 May-Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Vəli Axundov adına Milli Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev, Vəli Axundov adına Milli Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Akif Qurbanov, "Cəfər Cabbarlı küçəsi, 37" ünvanında yerləşən ərazi partiya təşkilatının sədri Fatma Hüseynova və əməkdaşlar iştirak ediblər. Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının "Cəfər Cabbarlı küçəsi, 37" ünvanında yerləşən ərazi partiya təşkilatının sədri Fatma Hüseynova tədbir iştirakçılarını salamlayaraq, partiyanın əldə etdiyi uğurlu nailiyyətlərdən danışıb.

Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev dövlətimizin tarixi qələbəsindən söz açıb. O qeyd edib ki, bu gün Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Cənab Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası böyük gücə çevrilib, onun 800 minə yaxın üzvü var. Bu üzvlərin böyük hissəsi gənclərdir ki, onlar da Azərbaycanın tarixi Zəfərinin qazanılmasında müstəsna rol oynadılar. Əsası, məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu siyasəti öz müsbət nəticəsini verdi. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalına son qoydu, xalqımız adını tarixə qalib xalq kimi yazdırdı. Bu istiqamətdə Yeni Azərbaycan Partiyası fəaliyyəti də çox əhəmiyyətlidir.

Sonra çıxış edən Vəli Axundov adına Milli Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev bildirib ki, bu gün Ulu Öndər Heydər Əliyevin milli dövlətçilik ideologiyasını doğma Azərbaycanın uğur faktoruna çevirmiş Cənab Prezident İlham Əliyev Ümummilli Liderin yolunu inamla davam etdirir. Məhz İlham Əliyevin qətiyyətli və düşünülmüş siyasəti sayəsində ölkəmizin müstəqil dövlət kimi beynəlxalq arenada mövqeləri daha da möhkəmlənmiş, regionda liderliyi təmin edilmişdir.

Çıxış edən Vəli Axundov adına Milli Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun elmi işlər üzrə direktor müavini, professor Akif Qurbanov qeyd edib ki, ölkə vətəndaşları, bütün dünya azərbaycanlıları ürəkdən inanırlar ki, Ulu Öndər Heydər Əliyevin bizlərə ərmağan etdiyi bugünki müstəqil Azərbaycan Cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə öz uğurları ilə hələ uzun illər dünyanı heyrətləndirməkdə davam edəcək. Sonda Yeni Azərbaycan Partiyasına yeni üzv olan əməkdaşlara partiya vəsiqələri təqdim olunub və onlara gələcək siyasi-ictimai fəaliyyətlərində uğurlar arzulanıb.

Nəzakət ƏLƏDDİNQIZI