Azərbaycanda 11 nəfər COVID-19-a yoluxub

27 May 2022 16:49 (UTC+04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 11 yeni yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 746 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 987 nəfər müalicə olunaraq sağalıb, 9 712 nəfər vəfat edib, aktiv xəstə sayı 47 nəfərdir.

Ölkədə son sutka ərzində 2 163, hazırkı dövrədək isə 6 885 286 test aparılıb.