Azərbaycanda yaşı 100-dən çox olan seçicilərin sayı açıqlanıb

27 May 2022 16:43 (UTC+04:00)

Azərbaycanda yaşı 100 və yüzdən çox olan seçicilərin sayı açıqlanıb. SİA xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında məlumat verib.

Onun sözlərinə görə, ölkədə yaşı 100 və daha çox olan 259 nəfər seçici var.