Seçicilərin sayı açıqlanıb

27 May 2022 16:35 (UTC+04:00)

Azərbaycanda seçicilərin sayı açıqlanıb. SİA xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov məlumat verib.

O bildirib ki, Azərbaycanda səsvermə hüququ olan 6 milyon 401 min 955 şəxs var. Bu seçicilərdən 3 milyon 20 min 387 nəfəri kişi, 3 milyon 381 min 568 nəfəri isə qadındır.