Bu festival Türkiyə-Azərbaycan qardaşlığının bariz nümunəsidir - DEPUTAT DANIŞDI

27 May 2022 13:10 (UTC+04:00)

“Texnofest” yüksək səviyyədə təşkil olunmuş beynəlxalq tədbirdir. Burada müasir texnologiyalar əsasında yaradılmış tədbirdən söhbət gedir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov bildirib.

Onun sözlərinə görə, bu cür festival Türkiyədə təşkil olunub, Azərbaycanda isə ilk dəfə keçirilir: “Festivala artıq dünəndən, yəni may ayının 26-dan start verilib və may ayının 29-na qədər davam edəcək. Festivalın ilk dəfə Türkiyədə kənarda, Azərbaycanda keçirilməsi Türkiyə-Azərbaycan dostluğunun, qardaşlığının bariz nümunəsidir. Burada müasir texnoligiyalara əsaslanan cihazlar və s. nümayiş olunur. Dünəndən başlayaraq artıq Bakı səmasında uçuşlara da start verilib. Bu qürurverici, sevindirici bir haldır. Eyni zamanda bu festival qardaş Türkiyə və bizim hərbi qüdrəmitin göstərilməsi baxımından mühüm əhəmiyətə sahibdir. Hesab edirəm ki, bu cür tədbirlər gələcək inkişaf üçün də olduqca əhəmiyyətlidir”.