Kanada İranla oyundan imtina edib

27 May 2022 06:52 (UTC+04:00)

Bu arada Kanada Futbol Federasiyası Kanada və İran arasında keçiriləcək yoldaşlıq oyununu ləğv etdiyini açıqlayıb. Qarşılaşmanın ləğv edilməsinin səbəbləri açıqlanmayıb.

SİA İranın “IRNA” agentliyinə istinadən bildirir ki, Kanada Futbol Federasiyası iyunun 5-də baş tutmalı olan və Kanada yığmasının 2022-ci il dünya çempionatına hazırlığının bir hissəsi olan İrana qarşı oyunu ləğv edib

Qeyd edək ki, komandalar dünya çempionatına Qətərdə hazırlaşırlar. Onu da bildirək ki, dünya çempionatı noyabrın 21-dən dekabrın 18-dək Qətərin 5 şəhərində keçiriləcək.

İran millisi İngiltərə, ABŞ və Avropa pley-offunun qalibi olan ölkə (Ukrayna və ya Şotlandiya/Uels) komandaları ilə birlikdə B qrupunda mübarizə aparacaq.

Əli Babayev