Bu məsələdə güzəşt yoxdur...

27 May 2022 02:03 (UTC+04:00)

Çinin ABŞ-dakı səfirliyinin sözçüsü Liu Penqyu ölkəsinin Tayvan məsələsində heç bir kompromis və ya güzəştə getməyəcəyini bəyan edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, çinli səlahiyyətli Tayvanın Çinin ayrılmaz hissəsi olduğunu bir daha xatırladıb.

Penqyu bildirib ki, "Çinin suverenliyi və ərazi bütövlüyü və digər əsas maraqları ilə bağlı məsələlərdə Çinin kompromis və ya güzəştə yeri yoxdur”.

Bununla yanaşı, cinli səlahiyyətli ÇXR hökumətinin bütün Çini təmsil edən yeganə qanuni hökumət olduğuna da diqqət çəkib.

Yeri gəlmişkən mayın 23-də Ağ Ev Amerika lideri Cozef Baydenin ABŞ-ın Tayvanı müdafiə etməyə hazır olması ilə bağlı sözlərinə aydınlıq gətirib.

Ağasəf Babayev