"Putini əsəbləşdirməyin..."

27 May 2022 01:34 (UTC+04:00)

Bu arada Birləşmiş Ştatların Ukraynaya etdiyi xəbərdarlıq barədə məlumat yayılıb. Belə ki, Vaşinqton Kiyevə Rusiya ərazisinə, xüsusən də onun Ukrayna ilə sərhədə yaxın olmayan hissəsinə zərbələr endirməməyi məsləhət bilib.

Amerika tərəfinin fikrincə, bu eskalasiyaya, yəni müharibənin genişlənməsinə yol aça bilər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə mənbələrə istinadən “Reuters” agentliyi xəbər verib.

Beləliklə, agentlik həmsöhbətlərinin sözlərinə görə, bir müddət bundan əvvəl Kiyev və Vaşinqton nümayəndələri arasında müvafiq qapalı danışıqlar aparılıb. Üç amerikalı mənbənin bildirdiyinə görə, bu cür müzakirələrin məqsədi eskalasiya riskinin mövcudluğu barədə anlaşmaya nail olmaq olub.

“...Bizim müharibənin genişlənməsi ilə bağlı narahatlıqlarımız var və eyni zamanda biz onlara coğrafi məhdudiyyətlər qoymaq istəmirik. Yəni onlara onlara verdiyimiz şeylərdən istifadə edərkən əllərini çox bağlamaq da istəmirik”.

Deyim ki, burada Amerika tərəfi “verdiyimiz şeylərdən istifadə” deyərkən, böyük ehtimalla, təbii ki, verdiyi silahları nəzərdə tutur.

Yeri gəlmişkən qeyd edilməlidir ki, tərəflərin açıqlamasına görə, Vaşinqtonun Kiyevə verdiyi silahlardan nə dərəcədə istifadə edə biləcəyi barədə onlar qarşılıqlı anlaşmaya malikdirlər.

...Bu arada rusların da elə bil bütün “dərdləri açılır”. Beləliklə onların dediyinə görə, Rusiya ilə həmsərhəd rayonların bir hissəsinin Ukrayna Silahlı Qüvvələri tərəfindən atəşə tutulması guya terror təhlükəsini artırıb. Belə ki, bunlara Belqorod və Kursk vilayətlərinin üç şəhər rayonu, Krımın iki rayonu və həmçinin Voronej vilayətinin iki rayonu - Rossoşanski və Kantemirovski rayonları daxildir.

...Və sonda bildirək ki, əvvəllər belə narahatlıqları ukraynalı müşavir Aleksey Arestoviç səsləndirmişdi. Onun sözlərinə görə, Qərb "Putini qəzəbləndirməmək" üçün uzaqmənzilli silahları Ukraynaya ötürməyə tələsmir.

Ağasəf Babayev