“Liverpul"un Çempionlar Liqasını qazanacağını düşünmürəm"

27 May 2022 00:26 (UTC+04:00)

İngiltərə millisinin və "Mançester Yunayted"in sabiq müdafiəçisi Qari Nevill Çempionlar Liqasının finalında "Real"a qarşı oyun öncəsi “Liverpul”un zəif yerini göstərib.

SİA Qol.az-a istinadən xəbər verir ki, o, "Sky Sports"a açıqlamasında deyib: “Liverpul"un Çempionlar Liqasını qazanacağını düşünmürəm. Parisdəki final haqqında çox fikirləşdim, "Real" və onların niyə qalib gəldikləri, niyə geridönüş etməyi bacardıqları haqqında düşündüm.

1999-cu ili və "Mançester Yunayted"in davamlı olaraq geridönüşlər etdiyini və necə qalib gəldiyini xatırladım. Bu, bizim yarımmüdafiəçilərimiz: Kin, Batt, Skoulz, Giqqz, Bekhemin sayəsində idi. Onlar tamamilə fenomenal, inanılmaz səviyyədə idilər.

“Real"ın yarımmüdafiəsinə baxıram: Kazemiro, Kroos, Modriç, Valverde və Kamavinqa – bu beş futbolçu “Real"a ilk dəqiqədən sona kimi kömək edir. Düşünürəm ki, "Liverpul"un yarımmüdafiəsi onların zəif nöqtəsidir və son 15 dəqiqədə bu beş yarımmüdafiəçi "Real"a qələbə gətirəcək".

Qeyd edək ki, mayın 28-də keçiriləcək "Liverpul" - "Real" finalı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.