İraqın şimalında 14 terrorçu zәrәrsizlәşdirilib

27 May 2022 00:07 (UTC+04:00)

İraqın şimalında separatçı terror tәşkilatı PKK-nın 14 üzvü zәrәrsizlәşdirilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barәdә Milli Müdafiә Nazirliyindәn verilәn mәlumatda bildirilib.

Mәlumatda deyilir: ‘‘Şәhidlәrimizin qanını yerdә qoymadıq, qoymayacağıq. ‘‘Pәncә-Kilid’’ әmәliyyatının keçirildiyi bölgәdә tәsbit edilәn 14 terrorçu hәyata keçirilәn hava әmәliyyatı nәticәsindә zәrәrsizlәşdirilib. Qәhraman Türkiyә Silahlı Qüvvәlәri terrorçulara qarşı amansız mübarizәsini davam etdirәcәk’’.

Qeyd edәk ki, bölgәdә terrorçular tәrәfindәn törәdilәn hücum zamanı bir hәrbçi şәhid olmuşdu.