Şakira mühakimə olunacaq

26 May 2022 23:49 (UTC+04:00)

Kolumbiyalı müğənni Şakira İspaniyada 14,5 milyon avroluq vergidən yayınma halına görə tezliklə müttəhimlər kürsüsündə əyləşəcək.

Barselona Məhkəməsi İspaniyada yaşadığı müddətdə gəlirlərini vergidən gizlədərək 14,5 milyon avro vergidən yayınmaqda günahlandırılan Şakiranın etirazlarını rədd edərək, mühakimə olunmasına qərar verib.

Məhkəmə müğənninin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət qədər dəlil olduğu qənaətinə gəlib.

Prokurorluq 2012-2014-cü illərdə 14,5 milyon avroluq vergidən yayındığı iddiası ilə Şakiraya qarşı 6 müxtəlif ittiham üzrə cərimə və həbs cəzası tələb edir.

Şakiranın işi ilə məşğul olan hüquq firmasından yayılan açıqlamada isə kolumbiyalı müğənninin qüsursuz olduğu və bu səbəbdən onun məsumiyyətini müdafiə etməkdə davam edəcəyi bildirildi.