Ərdoğan və Makron arasında telefon danışığı olub

26 May 2022 23:26 (UTC+04:00)

Prezident Rəcəb Tayyib Ərdoğan ilə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Prezident aparatının kommunikasiya idarisindən görüş ilə əlaqəli yayılan açıqlamada: “İki lider baş tutan telefon danışığında Türkiyə-Fransa münasibətləri başda olmaqla, Ukrayna-Rusiya müharibəsi, İsveç və Finlandiyanın NATO-ya üzvlük müraciəti və regional məsələlər müzakirə edilib.

Prezident Ərdoğan görüşdə 24 fevraldan bəri müharibə vəziyyətində olan Rusiya ilə Ukrayna arasında bir an əvvəl ədalətli sülhün bərpa edilmişini istədiklərini, iki ölkəni problemlərini dialoq və diplomatiya yolu həll etməyə təşviq ediklirini vurğulayıb.

Prezident İsveç və Finlandiyanın separatçı terror təşkilatı PKK/YPG-nin nəzarətində olan şəxslər və sözdə təşkilatlarla təmaslarının NATO çərçivəsində müttəfiqlik ruhu ilə üst-üstə gəlmədiyini sözlərinə əlavə edib.