Miqrantları daşıyan avtobus uçuruma aşıb

26 May 2022 22:54 (UTC+04:00)

TRT-nin Meksika mətbuatına istinadla verdiyi xəbərə görə qəza San Luis Potosi şəhərində Mexquitic de Carmona yolunda baş verib. Avtobus metrlərlə hündürlükdən uçuruma aşıb. Qəzada 4-ü qadın olmaqla 6 miqrant həyatını itirib, 15-i yaralanıb.

SİA-nın əldə etdiyi məlumata görə, avtobusda olanların Honduras, Salvador və Kuba vətəndaşları olduğu bildirilir.

Yaralılar bölgədəki xəstəxanalarda müalicə olunarkən qəza ilə bağlı istintaq başladılıb.