Avtobus piyadanı vuraraq öldürüb

26 May 2022 22:27 (UTC+04:00)

Gəncədə piyadanın ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsi baş verib.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb.

Hərəkətdə olan 15 saylı xətt üzrə işləyən "İveco Otoyol" markalı sərnişin avtobus yolu keçmək istəyən orta yaşlı kişini vurub.

Piyada xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.