Peruda güclü zəlzələ baş verib

26 May 2022 22:19 (UTC+04:00)

Perunun cənubunda 7,2 bal gücündə zəlzələ qeydə alınıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə məlumatı Amerika Geoloji Araşdırma Xidməti yayıb.

Bildirilib ki, yeraltı təkanların mərkəzi Azanqaro şəhərindən 13 km şimal-qərbdədir. Zəlzələnin ocağı 217 km dərinlikdə yerləşir.

İtkilər, xəsarət alanlar və dağıntılar barədə məlumat yayılmayıb.