“Zelenskinin şərtləri “prinsipcə mümkün deyil”

26 May 2022 22:11 (UTC+04:00)

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiya ilə atəşkəs üçün irəli sürdüyü şərtlərin “prinsipcə mümkün olmadığını” bildirib.

SİA bu barədə rus saytlarına istinad edir.

Qeyd edək ki, Zelenskinin atəşkəs üçün irəli sürdüyü şərtləri axmaqlıq kateqoriyalı adlandıran Medvedev bunun, yuxarıda deyildiyi kimi, prinsipcə mümkün olmadığını da deyib:

“...Zelenski, Donbas və Krımın yenidən Ukraynaya qaytarılmasını tələb edir, sanki o bu ərazi sakinlərinin iradəsini bilmir.(?) Ukrayna ordusuna insanlara qarşı repressiyalar üçün tam imkan yaratmaqla Donbassdan bütün qoşunların çıxarılmasını istəyir. Və sonra, bəlkə də, başqa bir şeylə razılaşmağa başlayacaq".

Ultimatumların yalnız kağız üzərində gözəl səsləndiyini bildirən Medvedevin bu fikirləri “Telegram”da yer alıb.

Sədr müavininin sözlərinə görə, belə ultimatumlar adətən “açıq zəiflikdən deyil, güclü mövqedən” verilir.

Medvedev, həmçinin qeyd edib ki, “qaçılmaz məğlubiyyəti” gözləyən Zelenski “dalandan rahat çıxış yolu” axtarır ki, deyəsən bunu da tapıb: yəni “ölkə yoxdursa, deməli problem də yoxdur”.

“Onun hərəkətləri və bəyanatları sübut edir ki, indi o, hər şeyi - insanları, şəhərləri, iqtisadiyyatı, ümumiyyətlə onun dövlətində qalan əsas şeyləri siyasi ambisiyalarının qurbangahına qoymağa hazırdır” -deyən Medvedev bütün bu məsələlərdə “rus humanizmi”ni yada salıb tərifləməkdən də çəkinmir.

Ağasəf Babayev