Avropa İttifaqına (Aİ) üzv 27 ölkə meymunçiçəyi virusu əleyhinə peyvənd və dərman tsatın almağa hazırlaşır.
İspaniyanın Səhiyyə Naziri Karolina Darias mətbuata açıqlamasında:“ Danimarkanın Bavariya Nordic şirkəti tərəfindən istehsal edilən və Avropa Dərman Agentliyinin təsdiq etdiyi çiçək xəstəliyi əleyhinə peyvəndin variantı olan İmvanex Aİ ölkələrində meymunçiçəyi xəstəliyində istifadə etmək üzrə satın alınacaq”.
SİA-nın əldə etdiyi məlumata görə, ispaniyalı nazir peyvəndin hansı yaş və xəstə qruplarına tətbiq ediləcəyi barədə hələlik məlumat paylaşmayıb.
Avropada meymunçiçəyinə yoluxma hallarının ən çox olduğu ölkə hazırda İspaniya qəbul edilir.
Nazirliyin son məlumatına görə, İspaniyada 59 hadisə qeydə alınıb.