Yaponiya, Sinqapur və Malayziya arasında yeni əməkdaşlıq

26 May 2022 21:32 (UTC+04:00)

Yaponiya, Sinqapur və Malayziya ilə “Azad və Açıq Hind-Sakit Okean” vizyonu üzrə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi mövzusunda razılaşıb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Sinqapurun xarici işlər naziri Vivian Balaxrişnan və Malayziyanın xarici işlər naziri Seyfuddin Abdulla Yaponiyanın paytaxtı Tokioya reallaşdırdıqları səfər çərçivəsində Yaponiyanın xarici işlər naziri Hayashi Yoşimasa ilə ayrı-ayrılıqda görüş keçiriblər. “Azad və Açıq Hind-Sakit Okean” vizyonu üzrə ikitərəfli əməkdaşlığı inkişaf etdirmək mövzusunda razılığa gəlinən danışıqlarda “regionda status-kvonun güc yolu ilə dəyişdirilməsinə qarşı çıxmaq, dənizdə sülh və sabitliyin qorunması” kimi məsələlər müzakirə edilib. Amerika Birləşmiş Ştatlarının (ABŞ) rəhbərliyi ilə başladılan “Hind-Sakit Okean İqtisadi” (IPEF) plan çərçivəsində regional əməkdaşlıq imkanlarını dəyərlindiriblər.

Qeyd edək ki, ABŞ və Yaponiyadan savayı IPEF-ə üzv ölkələr arasında Hindistan, Cənubi Koreya, Avstraliya, İndoneziya, Tayland, Sinqapur, Malayziya, Filippin, Vyetnam, Yeni Zelandiya və Bruney də iştirak edir.