Zuhal Topal Gülşenin konsertində diqqətləri cəlb edib

26 May 2022 21:01 (UTC+04:00)

Səhnədə üstünlük verdiyi geyimlərlə adından söz etdirən Gülşen ötən gün Sarıyerdə səhnəyə çıxıb. Gülşəni dinləməyə gedənlər arasında olan Zuhal Topal əlləri ilə Gülşənin qarın əzələlərini yoxlayıb.
SİA xəbər verir ki, ötən gecə aktrisa və aparıcı Zuhal Topal səhnədə geyimi və şouları ilə gündəmdən düşməyən Gülşəni izləməyə gedib.
Gülşəni yaxından görən Zuhal Topal təəccübünü gizlədə bilməyib.
Topal Gülşənin qarın əzələlərinə bir müddət toxunaraq test edib və bəyənib. Topal Gülşənə toxunduqca dişlərini sıxıb.