Aktyor Elvin Ağayev Türkiyəyə gedir

26 May 2022 20:51 (UTC+04:00)

Qaraciyər serozundan əziyyət çəkən aktyor Elvin Ağayev müalicə üçün Türkiyəyə gedib. SİA xəbər verir ki, bu barədə sənətçinin xanımı məlumat yayıb.

Onun sözlərinə görə, sabah Türkiyəyə gedəcəklər: " Xoşqədəm Hidayətqızının verlişində lazımı vəsait toplandı. Müalicə və əməliyyat orda olacaq".

Qeyd edək ki, aktyorun əməliyyatı üçün 90 min manat məbləğində pul lazım idi. Bir müddət əvvəl "Səni axtarıram" verlişində qeyd olunaj məbləğ toplanıb.