Yasamalda 28 May Müstəqillik Gününə həsr edilmiş tədbir keçirilib FOTOLAR

26 May 2022 18:02 (UTC+04:00)

YAP Yasamal rayon təşkilatının, rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə 28 May Müstəqillik Gününə həsr edilmiş tədbir keçirilib.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Daha sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyünün bərpası uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirələri dərin ehtiramla bir dəqiqəlik sükutla yad edilib.Sonra məruzə üçün söz YAP İdarə Heyətinin üzvü, millət vəkili Anar İsgəndərova verilib. A.İsgəndərov qeyd edib ki, o illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq müsəlman Şərqində ilk Demokratik Cümhuriyyətinin - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır. AXC-nin siyasi varisi olan Azərbaycan Respublikasında xalqın çağrışı ilə Ümummilli Lider Heydər Əliyev ikinci dəfə həkimiyyətə gəlməsi ilə çiçəklənmə dövrünə qədəm qoydu. Ulu Öndər Heydər Əliyev dəfələrlə bildirib ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Azərbaycan Xalq Cümhuriyyətinə borcluyuq. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən hərtərəfli düşünülmüş, balanslaşdırılmış xarici siyasət, eləcə də, Şanlı Azərbaycan Ordusunun 44 gün davam edən Vətən müharibəsində torpaqlarımızın azad olunması, postmüharibə dövrünün reallıqlarının müxtəlif beynəlxalq platformalarda qəbul edilməsi vətənimizin gələcəkdə də böyük uğurlara imza atmasını şərtləndirəcəkdir.

Sonra Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının fəalı Xudiyeva Sədaqət Yusif qızı doğum günü münasibəti ilə təbrik edilmişdir.Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra Respublika İncəsənət Gimnaziyasının 28 May Müstəqillik Gününə həsr edilmiş "Bayraq mənliyimdir, bayraq kimliyim" adlı ədəbi bədii kompozisiya tədbir iştirakçılarına təqdim edilib.Tədbirdə Yasamal rayon icra hakimiyyətinin başçısı Elşad Həsənov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, millət vəkilləri Anar İsgəndərov, Elnur Allahverdiyev, Ülvi Quliyev, ərazi partiya təşkilatlarının sədr, sədr müavinləri və Yasamal rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

NƏzakət ƏLƏDDİNQIZI