Kremlin “düzgün və haqlı” mövqeləri...

26 May 2022 16:44 (UTC+04:00)

Bu arada Rusiya prezidenti Vladimir Putin 1-ci Avrasiya İqtisadi Forumunun “Qlobal dəyişikliklər dövründə Avrasiya iqtisadi inteqrasiyası. İnvestisiya fəaliyyəti üçün yeni imkanlar” mövzusunda keçirilən plenar iclasında iştirak edib.

SİA bu barədə rus saytlarına istinad edir.

Təbii ki, iclasa “dəvətlidirsə”, nəsə danışmalıdır...

Beləliklə, plenar iclasda Putin ilk olaraq Rusiyanın beynəlxalq iqtisadiyyat sistemindən sıxışdırılıb çıxarıla bilməyəcəklərinin xəbərdarlığını verib.

“...Biz inkişaf etmiş iqtisadiyyatlarda böyük texnoloji üstünlükləri, yüksək texnologiyaların üstünlüklərini başa düşürük. Biz özümüzü bundan kənarlaşdırmaq fikrində deyilik. Hazırda bizi oradan az da olsa sıxışdırmaq istəyirlər, lakin müasir dünyada bu, sadəcə olaraq qeyri-real və qeyri-mümkündür”.-deyən Putin, “...əgər biz özümüzü hansısa divarla ayırmasaq, o zaman Rusiya kimi ölkəni heç kim ayıra bilməyəcək”, -deyə əlavə edib.

Bu gün Rusiyanı sanksiyalarla “incitmək” istəyən ölkələr daha çox özlərinə ziyan vururlar.

...Bunu da Putin bəyan edib.

Onun fikrincə, bu cür, yəni Rusiyaya qarşı sanksiyalar tətbiq etməklə uzaqgörən siyasət yeritdiklərinin düşünən ölkələrin iqtisadiyyatı nə qədər sabit olsa da, dünya iqtisadiyyatının hazırkı vəziyyəti göstərir ki,.. guya Krenlin mövqeləri “düzgün və haqlıdır”.

Deyim ki, bu da Putinin gəldiyi qənaətdir.

Ağasəf Babayev