"Növbəti telefon danışığı baş tuta bilər" - NAZİR AÇIQLADI

26 May 2022 16:13 (UTC+04:00)

"Bizim Ermənistan xarici işlər naziri ilə telefon danışığımız 6 aprel 2022-ci il tarixində baş tutub". SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bildirib.

Onun sözlərinə görə, bu danışıq Brüssel görüşündən bir neçə gün sonra baş verib: "Ermənistan xarici işlər naziri ilə olunan telefon danışığının əsas məqsədi məhz burada əldə olunan razılaşmaların icrası ilə bağlı idi. İlk telefon danışığında Azərbaycan tərəfi delimitasiya komissiyasının tərkibi ilə bağlı öz baxışlarını ortaya qoydu. Bundan 2 həftə sonra bizim ikinci danışığımız baş tutdu. Bu zamanda əldə olunan razılıqların icrasını təmin etməklə bağlı idi. Hazırki məqamda yenidən telefon danışığının baş tutması ilə bağlı tarix müəyyən olunmayıb. Lakin təbii ki, gələcək zamanlarda məsələlər gündəmə gəldikcə ehtiyacdan irəli gələrək növbəti telefon danışığı ola bilər".