Xəzər dənizində zəlzələ oldu

26 May 2022 14:37 (UTC+04:00)

Xəzər dənizində zəlzələ baş verib. Bu barədə SİA-ya Respublika Seysmoloji Xidmət Mərkəzindən xəbər verilib.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən yerli vaxtla saat 11:45-də Xəzər dənizində zəlzələ qeydə alınıb.

Zəlzələnin maqnitudası 3,7, dərinliyi isə 59 km olub.