Şagirdlərin elektron yerdəyişməsi dayandırılır

26 May 2022 09:18 (UTC+04:00)

31 may saat 17:00-dan etibarən 2021-2022-ci tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi dayandırılacaq.

Təhsil Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, növbəti tədris ili üçün elektron yerdəyişmə prosesinin başlanacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, şagirdlərin elektron yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.