Antalyaya hava yolu ilә gәlәn turistlәrin sayı 2 milyonu ötüb

26 May 2022 02:59 (UTC+04:00)

Türkiyənin ən əhəmiyyətli turizm mərkəzlərindən biri olan Antalyaya hava yolu ilə gələn sərnişinlərin sayı 2 milyon 35 mini keçib.

SİA-nın əldə etdiyi məlumata görə, Antalyada turizm hər ötәn gün daha da canlanır. 428 5 ulduzlu otelә sahib şәhәr turistlәrin diqqәtlәrini cәlb edir.

Antalya Mədəniyyət və Turizm İdarәsinin məlumatlarına görə, 1 yanvar-23 may tarixləri arasında hava yolu ilə gələn turistlərin sayı bir əvvəlki ilin eyni dövrü ilә müqayisәdә 217 % artaraq 2 milyon 35 min 948-ә çatıb.

Ötən ilin eyni dövründə 643 min 68 turisti qəbul edən Antalyanın bu il daha çox turist qəbul etməsi planlaşdırılır.

Qeyd edәk ki, may ayında şәhәrә 813 min 753 nəfər gəlib.