Mourinyodan tarixi rekord

26 May 2022 02:43 (UTC+04:00)

İlk dəfə keçirilən Konfrans Liqasının qalibi olan "Roma"nın baş məşqqçisi Joze Mourinyo avrokubokların tarixinə düşüb.

SİA Qol.az-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis hər üç avrokubok - Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasını qazanan ilk məşqçi olub.

Mourinyo "Porto" (2003-2004) və "İnter"lə (2008-2009) Çempionlar Liqasının, "Mançester Yunayted"lə (2016-2017) Avropa Liqasının qalibi olub.