Şamaxı - “Türk dünyasının turizm paytaxtı”! TƏDBİR+FOTOLAR

25 May 2022 18:40 (UTC+04:00)

Məlum olduğu kimi, Şamaxı şəhəri 2023-cü il üçün “Türk dünyasının turizm paytaxtı” seçilib. SİA-ya daxil olan məlumata görə, bu əlamətdar hadisə ilə bağlı 25 may 2022-ci il tarixində turizm potensialının inkişafı və qarşıda duran vəzifələr barədə rayon mədəniyyət mərkəzində idarə, müəssisə və təşkilat rəhbərlərinin, turizm sektorunda çalışan sahibkarların və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə geniş müşavirə keçirilib.

Tədbirdə giriş sözü ilə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov mühüm hadisə ilə bağlı rayon sakinlərini təbrik edərək bu istiqamətdə qarşıda duran vəzifələrdən geniş söhbət açıb. Natiq çıxışında son illər ölkə bascisinin diqqət və qayğısı nəticəsində rayonda aparılan abadlıq-quruculuq işlərindən, həmçinin tarixi mədəniyyət abidələrinin əsaslı təmiri və yenidən qurulması nəticəsində rayon iqtisadiyyatının, mədəniyyətinin, turizm potensialının və digər sahələrinin inkişaf etdiyini bildirib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Xalq artisti İlham Namiq Kamal tədbir iştirakçılarını bu möhtəşəm hadisə münasibətilə təbrik edərək, turizm paytaxtına çeviriləcək Şamaxının inkişafında hər bir rayon sakininin töhvə verəcəyinə əminliyini vurğulayıb.

Digər çıxış edənlər- mədəniyyət işçisi Rəfail Tağızada, sahibkar Rüstəm İsgəndərov və gənc fəal Qubat Qubadov bu önəmli hadisənin qədimliyini qoruyub saxlayan, zəngin tarixi keçmişini yaşadan, müasirliyə qucaq açan Şamaxı şəhərinin dirçəldilməsinə böyük təsir göstərəcəyini və inkişafına daha geniş üfüqlər açacaqını bildirdilər. Tədbirdə Şamaxının turizm potensialını özündə əks etdirən videoçarx nümayiş olunub.

Sonda rayon ictimaiyyəti adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunub.