YAP Səbail rayon ərazi partiya təşklatının hesabat-seçki konfransı keçirilib - FOTOLAR

25 May 2022 13:03 (UTC+04:00)

“Xanlar küçəsi 2B” ünvanında Yeni Azərbaycan Partiyası Səbail rayon ərazi partiya təşklatının hesabat-seçki konfransı keçirilib. SİA xəbər verir ki, ərazi partiya təşkilatının sədri Etibar Bağırov hesabat məruzəsi ilə çıxış edərək təşkilatın VI qurultayından sonraki dövr ərzində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışıb.

E.Bağırov bildirib ki, təşkilatdakı YAP üzvləri istər ölkə səviyyəsində keçirilən tədbirlərdə, istərsə də rayon tədbirlərində fəal iştirak edirlər.

Hesabat məruzəsi ətrafında geniş müzakirələr aparılıb və ərazi partiya təşkilatının hesabatı qənaətbəxş hesab olunaraq qəbul edilib. Daha sonra partiya təşkilatının rəhbər orqanlarının yeni tərkibi seçilib.
Çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev bildirib ki, XX əsrin sonlarında ikinci dəfə öz müstəqilliyinə qovuşan Azərbaycan ilk vaxtlarda bir sıra məhrumiyyətlərlə üz-üzə qaldı. O vaxt respublikanın bir qrup ziyalısı Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyevə müraciət etdi. Müraciətdə Yeni Azərbaycan Partiyasının yaradılması və o partiyaya Heydər Əliyevin sədrlik etməsi arzuları ifadə olunurdu. Heydər Əliyev sonralar insanların çoxsaylı xahişlərini müsbət cavablandırdı. Nəhayət, 1992-ci il noyabr ayının 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi və dahi şəxsiyyət Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi.

Onun alternativi olmayan siyasəti bu gün də davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məhz Heydər Əliyev siyasi kursunu uğurla davam etdirməklə ölkəmizin demokratik imicinin möhkəmlənməsini təmin edir.

M.Nağıyev ölkədə aparılan düzgün siyasət, Yeni Azərbaycan Partiyasının ictimai-siyasi həyatdakı rolu, dəmir yolunda həyata keçirilən uğurlu islahatlar haqqında danışdı və ərazi partiya təşkilatının hesabat dövründəki fəaliyyətini qənaətbəxş qiymətləndirib.

Daha sonra “Xanlar küçəsi 2B” ünvanında Yeni Azərbaycan Partiyası Səbail rayon ərazi partiya təşkilatının İdarə Heyətinin yeni tərkibi seçildi.

Yekdilliklə Etibar Bağırov ərazi partiya təşkilatının sədri, Gülər Məmmədova müavin seçilib.
M.Nağıyev yeni seçilmiş sədr və müavini təbrik edərək, təşkilatın işlərində uğurlar arzulayıb, iclas iştirakçılarını partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb. Çıxış edən M. Nağıyev Yeddinci qurultayda YAP rəhbərliyi tərəfindən qarşıya qoyulan vəzifələr, öhdəliklər, yeni sturuktur və fəaliyyət haqda partiya fəallarına məlumat verib.